Zərdab rayonunun Nəzəralılı kəndində fərdi yaşayış evi yanıb.
Yenisabah.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, kənd sakini Xalid Xəlil oğlu Xəlilova məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. pizza hut
Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız