Zərdabda doqquzotaqlı ev yanıb kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda doqquzotaqlı ev yanıb kül oldu

Hadisə

03 Aprel 2024 23:26 730


Zərdab rayonunun Cilovxanlı kəndində ev yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 360 kvadratmetr (hər mərtəbəsi 180 kvadratmetr) olan ikimərtəbəli doqquzotaqlı evin dam örtüyünün və altı otağının yanar konstruksiyaları 285 kvadratmetr sahədə yanıb. pizza

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!