Zərdabda iki nəfər evdə yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda iki nəfər evdə yanaraq öldü

Hadisə

19 Fevral 2022 09:04 677


Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!