Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlandı

Rəsmi

07 Noyabr 2021 16:10 658


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı rayonun Otmanoba və Məlikli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib. Sezar pizza

Qayda pozuntusuna yol vermiş ev sahibləri A.İsmayılov və E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!