Zərdabda qadından yarım kilo marixuana götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda qadından yarım kilo marixuana götürüldü

Kriminal

20 May 2021 10:33 1028


Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini Gülsabah Rəsulova rayon ərazisində saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman sellofan torbada olan 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. pizza sifarişi

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!