Zərdabda tiktoker polisə maneə törətdiyinə görə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda tiktoker polisə maneə törətdiyinə görə həbs edildi

Kriminal

22 Oktyabr 2025 15:22 250


Zərdabda özünü tiktoker kimi tanıdan şəxs polisə maneə törətdiyinə görə həbs edilib.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, oktyabrın 21-də Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti əsasında əraziyə gələn polis əməkdaşları qanunvericiliyə uyğun tədbirlər həyata keçiriblər.

Kənd sakini, özünü fəal "TikTok" istifadəçisi kimi təqdim edən Laçın Əsədov əsassız iddialar və tələblərlə çıxış edərək, hüquq-mühafizə orqanlarının xidmətinə bilərəkdən maneə yaradıb. Dominos pizza

Polis əməkdaşlarının intizamlı davranışa dəvətinə baxmayaraq, o, qanunazidd hərəkətlərini davam etdirib. Nəticədə onun barəsində inzibati protokol tərtib olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!