AQTA tərəfindən ölkə ərazisində aparılan fitosanitar müşahidələr zamanı Bakı ətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən Aralıq dənizi meyvə milçəyi aşkar edilmişdi.
“Yeni Sabah” xəbər verir ki, zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünü nəzərə alaraq respublika ərazisində yayılma arealının müəyyənləşdirilməsi məqsədi ilə Agentlik əməkdaşları tərəfindən müşahidələrə başlanılıb. Müşahidələr zamanı meyvələrdən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstititutunun müvafiq laboratoriyaların göndərilib, nümunələrdə zərərli orqanizmin özünə və ya izlərinə rast gəlinməyib.
Qeyd edək ki, 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan bu zərərverici meyvələrin, əsasən, lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.
Telegram kanalımız