Zərif ABŞ-ın Suriyaya zərbələrini qınadı

saytların hazırlanması

Evə çatdırılma

Zərif ABŞ-ın Suriyaya zərbələrini qınadı

Dünya

27 Fevral 2021 20:38 775


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Fuad Hüseynlə danışıqlar zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı obyektlərə son zərbələrini qınayıb.

Yenisabah.az xəbər verir ki, siyasətçilərin görüşü Tehranda keçib.

“Zərif ABŞ-ın Suriya sərhədində İraq qüvvələrinə zərbə endirməsi zamanı təhlükəli addımlarını qınayıb, bu hücumu ölkənin ərazi bütövlüyünün qeyri-qanuni pozulması adlandırıb”, - İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Sezar pizza

İran XİN başçısının sözlərinə görə, İraq ərazisində bəzi hücumlar şübhəlidir və ola bilsin ki, Tehran-Bağdad münasibətlərinə nifaq salmaq və ölkənin təhlükəsizliyini pozmaq üçün həyata keçirilib. “Biz vurğulayırıq ki, İraq hökuməti bu insidentlərin səbəbkarını tapmalıdır”, - deyə o əlavə edib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!