“Zərrə qədər də peşman deyiləm” - Emil Balayev “Tobol”dan ayrılmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Zərrə qədər də peşman deyiləm” - Emil Balayev “Tobol”dan ayrılmasından danışdı

İdman

04 Fevral 2020 19:50 1178


"Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, futbolçu kimi gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərlə əlaqədar komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri millimizin qapıçısı Emil Balayev "Tobol"dan ayrılmasını şərh edərkən bildirib.  O, ötən il ərzində bu klub və şəhərə çox alışdığını vurğulayıb: "Bu klubda daha da inkişaf edib, Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli komandamızda da debütüm məhz bu klubun şərəfini qoruduğum vaxt baş tutdu".

Balayevin bildirib ki, ötən mövsümün sonunda bir daha "Tobol"da oynamayacağını ağlına belə gətirməyib. Balayev komandanı tərk etməsində əsas səbəbin erməni əsilli Qriqori Babayanın baş məşqçi təyin olunması olduğunu qeyd edib: "Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, futbolçu kimi gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərlə əlaqədar komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm". Dördpendirli pizza

Millimizin qapıçısı sabiq klubunda ona dəstək olanlara təşəkkür edib: "Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. "Tobol"un bütün azarkeşlərinə "sağ olun" deyirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi belə, yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm, sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!"

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!