Milli Məclisin deputatı Zeynəb Xanlarova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
“Yeni Sabah” xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, 83 yaşlı deputat namizədliyini irəli sürməyib.
Z.Xanlarova sonuncu dəfə Milli Məclisə 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi. pizza hut
Qeyd edək ki, Z.Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-V çağırış) deputatı olub.
Onun yenidən seçiklərə qatılacağı ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
Telegram kanalımız