Xəbər verdiyimiz kimi, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
Məlumatlarda Z.Xanlarovanın səhhətinin kəskin pisləşməsi nəticəsində dünyasını dəyişdiyi bildirilib. Xalq artistinin qardaşı qızı, tanınmış aktrisa Mehriban Xanlarova Z.Xanlarovanın Bakıda evində istirahət etdiyini və yayılan məlumatların əsassız olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, Xalq artisti Faiq Ağayev də yayılan xəbərə sərt reaksiya verib. Sənətçi bu xəbəri qəsdən yayanları təhdid edib: “Ölüm haqda qəsddən yalan yayan saytların rəhbər və təhsisçilərin sabah, ən yaxşı halda, ciyərlərini dağıdacaqlar gecə-gecə tirajladıqları dezinformasiyaya görə”. Dominos pizza
Telegram kanalımız