Zeytunda möcüzəvi maddə tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Zeytunda möcüzəvi maddə tapıldı 

Maraqlı

01 İyul 2024 17:46 1892


Zeytundan əldə edilən elenolik turşu diabetli siçanların qanında şəkərin səviyyəsini azaltmağa və onların arıqlamasına kömək edib. 

Bu barədə Amerika Qidalanma Cəmiyyəti (ASN) məlumat yayıb. 

Alimlər öz işlərinə GLP-1 və PYY hormonlarına təsir edən təbii maddələrin axtarışı ilə başlayıblar. Sonuncusu toxluq hissi yaradır və həddindən artıq yeməyin qarşısını alır.  Dominos pizza

Laboratoriya siçanlarına elenolik turşu verilib. Bir həftədən sonra kök heyvanların çəkisi azalıb və bu maddə verilməyən heyvanlarla müqayisədə qanda şəkərin səviyyəsi aşağı düşüb. 

Elenolik turşu qida qəbulunu əhəmiyyətli dərəcədə azaldıb və arıqlamağa kömək edib. (Oxu.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!