“Zeytunluq”da ağacların kəsilməsi iddiasına cavab: “Park salınır“

saytların hazırlanması

Evə çatdırılma

“Zeytunluq”da ağacların kəsilməsi iddiasına cavab: “Park salınır“

Sosial

15 Avqust 2019 08:42 1887


Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub. Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!