Zibillikdən 400 illik rəsm əsərləri tapıldı   - Polis sahibini axtarır

saytların hazırlanması

Evə çatdırılma

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Dünya

19 İyun 2021 21:03 1857


Köln şəhərində magistral yolda zibil konteynerindən 17-ci əsrə aid iki dəyərli rəsm əsəri tapılıb.

Yenisabah.az xəbər verir ki, portretləri 64 yaşlı şəxs tapıb.

Bu barədə rəsmi açıqlama yayan polis onların sahiblərini axtarır. Rəsmlərdən biri italyan rəssam Pietro Bellottinin 1665-ci ildə çəkdiyi avtoportretidir. İkincisi isə məşhur holland rəssam Samuel van Hoogstratenin gülümsəyən uşaq rəsmidir. Sezar pizza

Hər iki rəsmi mütəxəssislər araşdırır, onların orijinal olma ehtimalı yüksəkdir.

Qeyd edək ki, adı çəkilən müəlliflər 17-ci əsrdə yaşamış məşhur fırça ustalarıdır./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!