Zidan “Yuventus“a keçə bilər - Danışıqlar başladı

saytların hazırlanması

Evə çatdırılma

Zidan “Yuventus“a keçə bilər - Danışıqlar başladı

İdman

18 Fevral 2021 11:26 710


"Yuventus" "Real"ın baş məşqçisi Zinəddin Zidanla əlaqə saxlayır.

Yenisabah.az "Ok Diario"ya istinadən xəbər verir ki, Turin təmsilçisi fransalı mütəxəssis "Real"dan ayrılacağı təqdirdə, onun karyerasını davam etdirməsi üçün "Yuventus"un ən yaxşı seçim olacağını düşünür.

Bildirilib ki, daha əvvəl A seriyası təmsilçisinin prezidenti Andrea Anyelli və  vitse-prezident Pavel Nedved mütəmadi olaraq fransızla ünsiyyət qurublar. Dördpendirli pizza

Zidanın Madrid klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq, lakin komanda heç bir titul qazanmasa, o, bu mövsümün sonunda komandanı tərk edə bilər.

48 yaşlı çalışdırıcının İtaliyaya qayıtmaq üçün mümkün qərarında, "Yuventus"dakı keçmişi böyük rol oynaya bilər. Məşqçi gec-tez bu kluba rəhbərlik edəcəyinə əmindir.

Bundan əlavə, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo yenidən Zidanla işləmək istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!