Zimbabvenin İran İslam Respublikasındakı səfiri Kristofer Mapanqa vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Zimbabve səfirinin faciəli ölümü ilə bağlı məlumatı çatdırmaqla bərabər, mərhumun ailəsi və Zimbabve hökumətinə başsağlığı verib. pizza
Xatırladaq ki, bir müddət əvvəl də Almaniyanın Çindəki səfiri Yan Hekkerin ölümü barədə məlumat yayılıb.
Hekker təyinatından 2 həftə sonra dünyasını dəyişib.
Telegram kanalımız