Zinət əşyalarını gizlicə keçirməyə cəhd göstərdilər - Gömrük saxladı

saytların hazırlanması

Evə çatdırılma

Zinət əşyalarını gizlicə keçirməyə cəhd göstərdilər - Gömrük saxladı

Hadisə

31 Yanvar 2024 16:56 632


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının gömrükdən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alıblar.

Yenisabah.az xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn 2 Azərbaycan vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid   məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfet qablarında gizlədib.

Həmin zibil və salfet qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada,   ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!