“Zirə” 10 oyunluq qələbə həsrətinə darmadağınla son qoydu

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” 10 oyunluq qələbə həsrətinə darmadağınla son qoydu

İdman

25 Fevral 2024 18:42 1439


Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, son oyun günündə nəzərdə tutulan 2 görüşdən 1-i başa çatıb.

"Araz-Naxçıvan" "Zirə"ni qəbul edib. Matç qonaq komandanın böyük hesablı qələbəsi ilə bitib - 3:0.  Sezar pizza

Beləliklə, Bakı təmsilçisi ölkə çempionatında 10 turdan sonra qalib gəlib. "Zirə" bundan əvvəl 13-cü turda "Qəbələ"yə qalib gəlmişdi.

Günün və turun son matçında isə lider "Qarabağ" 2-ci pillədə qərarlaşan "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək.

 

25 fevral (bazar)

Misli Premyer Liqası, 24-cü tur

16:30.“Araz-Naxçıvan” – “Zirə” - 0:3 

Qollar: Vanderson Melo, 20-avtoqol, Rəhim Sadıxov, 74, Rafael Utziq, 77

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu

“Liv Bona Dea Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!