“Zirə” doğma meydanda “Araz-Naxçıvan”a məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” doğma meydanda “Araz-Naxçıvan”a məğlub oldu

İdman

29 Aprel 2024 21:24 605


Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turun son oyununda “Zirə” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Pepperoni pizza

İqor Ribeyro 89-cu dəqiqədə vurduğu qolla "Araz-Naxçıvan"a qələbə qazandırıb.

Bu nəticədən sonra “Zirə” 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. “Araz-Naxçıvan” isə 35 xalla səkkizinci yerə yüksəlib.

Turun əvvəlki oyunlarında “Sabah” “Səbail”i 2:0, “Kəpəz” “Qəbələ”ni 1:0, “Neftçi” “Turan Tovuz”u 3:0, “Sumqayıt” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!