Bu gün Misli Premyer Liqasında 34-cü tura start verilib.
Yenisabah.az xəbər verir ki, turun açılış matçında "Zirə" doğma meydanda "Kəpəz"i qəbul edib. Matç heç-heçə başa çatıb - 1:1.
Bununla da 5-ci pillədəki "Zirə" 4-cü yerdəki "Qəbələ" (33 oyun) ilə fərqi 2 xala endirib. pizza hut
Qeyd edək ki, turnun digər oyunları 13, 14 və 17 may tarixlərində keçiriləcək.
19:00. "Zirə" - "Kəpəz" - 1:1
Qollar: Toni Qomes, 51 - Yeqor Xvalko, 45+3
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu.
Telegram kanalımız