Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün 2 matç keçirilib. "Turan Tovuz" "Səbail"i qəbul edib və 1:3 hesabı ilə uduzub.
Lider "Zirə" isə evdə "Sabah"a qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Komanda ardıcıl 4 qələbə qazanıb, 12 xalla vahid lider olub. pizza
Qeyd edək ki, turun qalan 2 matçı sabah keçiriləcək.
26 avqust (şənbə)
19:30. “Zirə” – “Sabah” - 1:0
Qol: Vladislav Kulaç, 2
Qırmızı vərəqə: Amin Seydiyev, 67 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu
17:00. “Turan Tovuz” – “Səbail” - 1:3
Qollar: Miller, 84 - Aleksandr Ramalinqom, 5, Yusif Nəbiyev, 62, Roderik, Ağabala Ramazanov, 90
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
Telegram kanalımız