Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Son oyunlarda uğurlu çıxışı ilə diqqət çəkən "Səbail" ardıcıl məğlubiyyətlərlə üzləşən "Zirə"ni qəbul edib. "Zirə" vacib səfər qələbəsi qazanıb - 1:3.
Digər oyunda isə lider "Qarabağ" "Keşlə"nin qonağı olub. Oyun liderin qələbəsi ilə yekunlaşıb - 0:2. pizza
8 mart
16:00. “Səbail” – “Zirə” 1:3
Qol: Rauf Əliyev, 34, - David Volkov, 12, Ağabala Ramazanov, 59, Şafik Tiqrudja, 80
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”
18:00. “Keşlə” – “Qarabağ” - 0:2
Qol: Abdulla Zubir, 31, Filip Ozobiç, 87
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
“ASK Arena”
Telegram kanalımız