“Zirə” “Səbail”in, “Qarabağ” “Sabah”ın qonağı olacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” “Səbail”in, “Qarabağ” “Sabah”ın qonağı olacaq 

İdman

30 Yanvar 2024 09:51 826


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. 

Yenisabah.az xəbər verir ki, ilk olaraq "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Günün son matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq. Bu qarşılaşmaya saat 19:00-da start veriləcək.

Qeyd edək ki, bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. Marqarita pizza

Əlavə edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.

30 yanvar (çərşənbə axşamı)

15:00. “Səbail” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev

“ASCO Arena”

19:00.“Sabah” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“Bank Respublika Arena”

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov

“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

“Kapital Bank Arena”

Yarımfinal cütlükləri

"Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ"

"Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!