“Zirə”, “Sumqayıt” və “Sabah”ın potensial rəqibləri kimlərdir? 

saytların hazırlanması

Evə çatdırılma

“Zirə”, “Sumqayıt” və “Sabah”ın potensial rəqibləri kimlərdir? 

İdman

22 İyul 2024 12:28 681


Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Tədbirdə Azərbaycan təmsilçiləri "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri müəyyənləşəcək. Sezar pizza

"Sumqayıt” – “Fehervar” (Macarıstan) və “Zirə” – “Dunayska Ştreda” (Slovakiya) cütləri səpələnməmişlər səbətində olacaq. “Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütü səpələnmişlər səbətində yer alacaq. 

"Sabah"ın potensial rəqibləri:

"Sent-Patriks Atletik" (İrlandiya) - "Vaduz" (Lixtenşteyn) cütünün qalibi

"Mlado Boleslav" (Çexiya) - "Transinvest" (Litva) cütünün qalibi

"İberia" (Gürcüstan) - "Partizani" (Albaniya) cütünün qalibi

"Radniçki 1923" (Serbiya) - "Mornar" (Monteneqro) cütünün qalibi

"Korvinul 1921" (Ruminiya) "HNK Riyeka" (Xorvatiya) cütünün qalibi

"Zirə" və "Sumqayıt"ın potensial rəqibləri

"Kopenhagen" (Danimarka) - "Magpies" (Cəbıllütariq) cütünün qalibi

"Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi

"Riqa"  (Latviya) - "Slask Vroclav" (Polşa) cütünün qalibi

"Olimpiya" (Sloveniya) - "Polissya" (Ukrayna) cütünün qalibi

"Zrinski Mostar" (Bosniya və Herseqovina) - "Bravo" (Sloveniya) cütünün qalibi

"Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!