“Zirə” futbol klubu Rodriqo Bonqonquini transfer edib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə cari mövsümün sonuna kimi anlaşıb. pizza sifarişi
Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.
Telegram kanalımız