“Zirə”dən dünya reytinqində böyük sıçrayış, “Qarabağ”dan geriləmə

saytların hazırlanması

Evə çatdırılma

“Zirə”dən dünya reytinqində böyük sıçrayış, “Qarabağ”dan geriləmə

İdman

11 Sentyabr 2024 14:17 581


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) sentyabr ayı üçün klubların dünya reytinqini elan edib. 

Yenisabah.az-ın xəbərinə görə, siyahıda 500-dən çox klubun adı var. Onların sırasında Azərbaycandan 4 komanda da yer alıb: "Qarabağ", "Zirə", "Sabah" və "Neftçi". 

Azərbaycan klublarından ötən ay yalnız "Zirə" irəliləyişə nail olub.  Dördpendirli pizza

Ən yaxşı göstərici isə əvvəlkitək "Qarabağ"a məxsudur. Ağdam təmsilçisi 52-ci yeri tutur. Lakin onlar avsqust ayı ilə (34-cü yer) müqayisədə 18 pillə geriləyiblər. 

"Zirə" isə düz 69 pillə irəliləyərək 280-cı yerdən 211-ci yerə yüksəlib. Bunda komandanın ötən ay Konfrans Liqasında qazandığı qələbələr əsas rol oynayıb. 

"Sabah" 382-ci yerdən 428-ci yerə düşüb (46 pillə geriləmə). 

"Neftçi"yə gəlincə, Bakı təmsilçisi də mövqeyini itirib. Avqustda 431-ci olan komanda indi 482-ci yeri tutur (51 pillə geriləmə). 

Dünya reytinqinə lideri isə əvvəlkitək "Real" Madriddir. "Mançester Siti" 2-ci, "Bayer" isə 3-cü yeri tutur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!