AFFA “Zirə” və “Sabah” klubunun U-17 komandasının bir futbolçusunu dalaşdığı üçün cəzalandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə qərar İntizam Komitəsinin bu gün baş tutan iclasında verilib.
Xoşagəlməz hadisə U-17 Liqasında “Sabah” – “Zirə” oyununun 75-ci dəqiqəsində yaşanıb. “Zirə”nin futbolçusu İslam Əhmədov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə alıb. Həmçinin, “Sabah”ın üzvü Riyad Süleymanov da analoji addımına görə meydançadan qovulub. Pepperoni pizza
Bu davranışlarına görə, hər iki oyunçu 4 oyunluq cəzalandırılıb.
Telegram kanalımız