“Zirə”nin məşqçisi koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

“Zirə”nin məşqçisi koronavirusa yoluxdu

İdman

18 Noyabr 2020 11:57 954


“Zirə”də daha bir koronavirus daşıyıcısı aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu dəfə Eltun Yaqublunun xəstəliyə yoluxması məlum olub.

Rəşad Sadıqovun əsas köməkçisinin test nümanəsi pozitiv çıxdığından, o, 14 günlük karantinə alınıb. Marqarita pizza

Bundan əvvəl Klesio Bauk koronavirusa yoluxub. Hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virus aşkarlanıb.

Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.

Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.

Afrikalı növbəti dəfə testdən keçəcək və müsbət olacağı təqdirdə, karantində qalmağa davam edəcək. Bauk sağaldıqdan sonra Bakıya qayıda və komandaya qoşula bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!