“Zirə“nin serbiyalı legioneri Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Zirə“nin serbiyalı legioneri Azərbaycana gəldi

İdman

29 İyul 2020 22:43 809


"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, bu, Lazar Corceviçdir.

Serbiyalıı legionerlə 2 illik müqavilə bağlanılıb. 28 yaşlı mərkəz müdafiəçisi iyulun 30-da yeni komandasının hazırlıq keçdiyi Qəbələyə yollanacaq. pizza

Lazar Corceviç "Zirə"nin mövsümlərarası fasilədə ikinci legioner transferidir. Əvvəllər Şimali Makedoniya, Slovakiya və Çexiyada çıxış etmiş təcrübəli oyunçunun son klubu Serbiya "Radniçki"si olub.

Qəsəbə təmsilçisinin ilk əcnəbisi isə "Qəbələ"dən ayrılan Klesio Baukdur. Hazırda "Zirə" qapıçı və pleymeyker mövqelərinə də legioner axtarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!