Moldova “Şerif”inin yeni transferi Qideon Uçe Qudlad Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri cavab oyunu haqqında danışıb.
Yenisabah.az xəbər verir ki, 29 yaşlı nigeriyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Bakı təmsilçisi ilə ilk oyunu analiz etdiklərini və "Zirə"yə qalib gələcəklərinə inandıqlarını deyib:
“Şerif”in “Zirə” ilə ilk oyununu izləmişəm. Məğlub olmağımız bizi məyus etdi. Bu matçdakı səhvlərimizi birlikdə müzakirə etdik. Komandada yeni transferlər var. Hazırda bəzi futbolçular bir-biri ilə anlaşma cəhətdən problem yaşayırlar. Düzdür, vaxtımız yoxdur. Çalışırıq ki, uğurlu nəticə əldə edək. Bakıda keçiriləcək matçda daha aqressiv olmalıyıq. Cavab oyunu ilə bağlı müsbət düşünürük. “Zirə”yə qalib gələcəyimizə inanıram”. pizza
Qeyd edək ki, "Zirə" - "Şerif" matçı iyulun 18-də "Dalğa Arena"da keçiriləcək Görüş saat 20:00-da başlayacaq. İlk oyunda "Zirə" 1:0 hesablı qələbə qazanıb.
Telegram kanalımız