“Zirvə” kafesinin sahibi və müştəriləri saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Zirvə” kafesinin sahibi və müştəriləri saxlanıldı - Foto

Kriminal

07 İyul 2020 16:38 987


Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib. Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və  müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər. 

DİN-dən Yenisabah.az-a bildirilib ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzal-andırılıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!