“Zirzəmidə həqiqətən əsgər meyitləri var” - Ermənistan Səhiyyə Nazirliyi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

“Zirzəmidə həqiqətən əsgər meyitləri var” - Ermənistan Səhiyyə Nazirliyi təsdiqlədi

Hadisə

31 May 2021 19:17 2710


“Hərbçilərin bir neçə qalığı həqiqətən zirzəmidə saxlanılıb”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın Səhiyyə Nazirliyi qalmaqallı fotolardan sonra bildirib.

“Abovyan şəhərindəki Məhkəmə Ekspertizası Elmi-Praktik Mərkəzinin filialında araşdırılan qalıqlar yaxın qohumların istəyi ilə başqa yerə köçürülməli idi. Bu müddətdə qalıqlar istilik izolyasiyalı divarları olan bir zirzəmidə müvəqqəti saxlanılıb”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. pizza sifarişi

Bəyanatda ayrıca qeyd olunur: “Qalıqların köçürülməsinin qeyri-mümkün olmasına və mövcud saxlama şəraitinin tələblərə cavab verməsinə baxmayaraq, valideynlərin istəklərini yerinə yetirmək və onları başqa bir məhkəmə tibbi mərkəzinin soyuducu hissəsinə köçürmək qərarına gəldik”.

Nazirlik hərbçi qalıqlarının müvafiq şəxsiyyəti müəyyənləşdirmə prosedurundan keçəsindən sonra yaxınlarının onları dəfn etməsinə izn veriləcəyini bildirib. 

Xatırladaq ki, “Facebook” səhifəsində “Alterativ” ictimai təşkilatın rəhbəri Narek Mantaşyan Abovyan Vərəm Xəstəxanasının meyitxanasının zirzəmisində yüzlərlə əsgər cəsədinin plastik torbalara doldurularaq gizlədildiyini iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!