“Ziya Məmmədov bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin adamı hakimiyyətə gələcək”   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ziya Məmmədov bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin adamı hakimiyyətə gələcək” - Video

Siyasət

12 Avqust 2020 15:42 1116


“Dəfələrlə mediada faktlar əsasında açıq şəkildə demişəm ki, Ramiz Mehdiyev Azərbaycanın dövlət başçısına xəyanət etdiyi üçün vəzifəsindən kənarlaşdırıldı. Ziya Məmmədov da Ramiz Mehdiyevin komandasında olan insanlardan biridir. Onun qardaşı da Ramiz Mehdiyevin kadrıdı. Yəni bunlar bir komandadı”.

Yenisabah.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri qeyd edib ki, Ramiz Mehdiyev vəzifəsindən çıxarılan nazirlərdən, icra başçılarından, digər gedən məmurlardan ibarət bu gün bir “kölgə kabineti” yaradıb: pizza hut

 “Əllərində kifayət qədər kapital var və bundan payızda Azərbaycanda çaxnaşma yaratmaq üçün istifadə edəcəklər. Müəyyən dəstələr, qruplarla böyük iş qurublar. Ziya Məmmədov da bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin qoyduğu adam hakimiyyətə gələcək və bunlar yenidən milyardlar qazanacaqlar. Ziya Məmmədov İlham Əliyevə xəyanət edən, əl altdan başqa kanallara işləyən, vaxtilə Milli Şuraya pul ötürən və bu gün də bu missiyasını davam etdirən, xaricdə Prezidentimizin əleyhinə təbliğat aparanlara maliyyə ayıran simalardan biridir. Düşünürəm ki, ölkə başçısı bütün bunları çox ciddi şəkildə nəzərə almalı və qəti tədbirlər görülməsi üçün göstəriş verməlidir”.

MMP sədrinin video-açıqlamasını burdan izləyə bilərsiz:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!