Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: “Hamısı qaraniyyətli adamlardır”

saytların hazırlanması

Evə çatdırılma

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: “Hamısı qaraniyyətli adamlardır”

Siyasət

11 Avqust 2020 15:05 2503


Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müdafiəsinə qalxıb.

“Yeni Sabah” xəbər verir ki, Unikal.org-a açıqlama verən Ziya Məmmədov bildirib ki, akademik R.Mehdiyev haqqında yazılanlar sifarişlidir:

"Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçiliyin fəaliyyətinə göstərdiyi xidmətə görə, onu "Heydər Əliyev "ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır.  Pepperoni pizza

İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!