Zlatan İbrahimoviç: “Siyasətdə olsa idim, prezident seçilərdim“

saytların hazırlanması

Evə çatdırılma

Zlatan İbrahimoviç: “Siyasətdə olsa idim, prezident seçilərdim“

İdman

23 Noyabr 2021 17:38 748


"Siyasətdə olsa idim, prezident seçilərdim".

Yenisabah.az "The Guardian"a istinadla xəbər verir ki, bunu İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç deyib.

Siyasət və irqçilik mövzusunda danışan 40 yaşlı forvard ABŞ-ın "Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms haqqında dediklərini xatırladıb: pizza mizza

"Siyasət insanları bölür. Əgər irqçilikdən danışırıqsa, bu, başqadır. Mən siyasətlə məşğul deyiləm. Bunu etsəydim, indi prezident olardım. Lebron Ceymsi şəxsən tanımıram və onu mühakimə etməyi də düşünmürəm. İrqçiliyə qarşı nə fikirləşsə, haqlıdır. Çünki 50 min insanın sənə "qara" deməsi də irqçilikdir. Amma mən siyasətlə yox, idmanla məşğulam".

İbrahimoviç əvvəl Ceymsin siyasətdə həddindən artıq aktiv olduğunu bildirib. Basketbolçu isə öz növbəsində sosial ədalətsizlik və irqi problemlər qarşısında heç vaxt səssiz qalmayacağını vurğulayıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!