Zlatan İbrahimoviçə heykəl qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Zlatan İbrahimoviçə heykəl qoyuldu

Dünya

10 Oktyabr 2019 05:27 1280


Məşhur isveçli futbolçu Zlatan İbrahimoviçə Malmö şəhərində heykəl ucaldılıb.

“Yeni Sabah” xəbər verir ki, heykəl futbol ulduzunun 1999-cu ildə peşəkar karyerasına başladığı “Malmö” FF klubunun yerli stadionu “Swedbank stadionu” yaxınlığındakı bir yerdə yerləşdirilib. Uzunluğu 2,70 metrdən böyük olan heykəl İsveçin məşhur heykəltəraş sənətçisi Peter Lind tərəfindən yaradılıb.

Heykəlin təntənəli açılışında İsveçin futbol əfsanəsi ilə yanaşı, minə yaxın azarkeş və rəsmi şəxslər iştirak ediblər. Pepperoni pizza

Qeyd edək ki, hazırda İsveçli futbolçu ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun heyətində çıxış edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!