“Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” - VİDEO

Şou

11 Aprel 2024 15:21 952


Müğənni Mətanət Əsədova "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində zooparka gedərək heyvanlara danışdığını deyib. 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, o, 2 saat qəfəs sakinləri ilə dərdləşdiyini etiraf edib:

"Bu həyatda anamdan başqa heç kimə etibar etmirdim. Bir sözüm, dərdim, sevincim olanda və kimsə üstümə gələndə anamın məzarının üstünə gedib, ziyarət edirəm. Başımı torpağa qoyub onunla danışıram. Bu yaxınlarda zooparka getdim. Orada 2 saat oturub, heyvanlarla dərdləşdim. Dünyada 2 aləm var. Biri insanlar biri də heyvanlar aləmi..." pizza

"Meşəyə gedəndə görürsən ki, bu tülkü, bu cavanar, bu çaqqal, bu pələng, bu ayı, bu meymundur və s. Amma insanların içində ayırmaq olmur, hansı ilandır, hansı tülküdür, hansı aslandır... Bilmirsən bunları... Ətrafımızda insan görkəmində heyvanlar çoxdur. Bilmirsən kim kimdir. Belə şəxslərdən uzaq olmaq üçün çəkilmişəm bir kənara... Bunu etməklə öz abır, həyamı qorudum. Özümə dedim ki, abırsızlardan abırını gözlə... Olmaz! Çəkildim bir kənara və süküta qərq oldum", - deyə M.Əsədova vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!