Zubira 4 ölkədən “elçi düşüb”

saytların hazırlanması

Evə çatdırılma

Zubira 4 ölkədən “elçi düşüb”

İdman

24 Aprel 2024 16:33 650


"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransa Liqa 1-də çıxış edən bir neçə komandanın maraq dairəsindədir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın “Le Quotidien du Sport" nəşri məlumat yayıb. 

32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə maraqlananlar arasında "Tuluza"nın da oldğu bildirilib. Qeyd edilib ki, Zubiri transfer etmək uğrunda mübarizə çətin olacaq. Çünki fransalı futbolçunu Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq”u və Səudiyyə Ərəbistanının "Ər-Riyad" klubları da heyətlərinə qatmaq istəyir.  Dominos pizza

Xatırladaq ki, Zubir 2018-ci ildən "Qarabağ"ın futbolçusudur. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!