Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu - Foto

Hadisə

13 Noyabr 2024 23:38 1261


Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı qəbiristanlıqda torpağa tapşırılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbi ilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sezar pizza

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, "Qızıl qələm" mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!