Zümrüd Bədəlova sevgilisi ilə  görüntüləndi -   Efirdə özündən çıxdı + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zümrüd Bədəlova sevgilisi ilə görüntüləndi - Efirdə özündən çıxdı + VİDEO

Şou

08 Noyabr 2024 10:41 1782


Aparıcı Zümrüd Bədəlova öz verilişində ona edilən sürprizə əsəbiləşib.

Yenisabah.az xəbər verir ki, verilişin “Paparazzi” rubrikasında aparıcının gizlin çəkilən görüntüləri yayımlanıb. Videoda aparıcının qarşı cinsdən olan şəxlə səmimi görüntüləri əks olunub.

İzləyicilərdən birinin bu videonu çəkərək verilişin "İnstagram" səhifəsinə yollaması və komandanın aparıcıdan gizlin hərəkət etməsi Zümrüd Bədəlovanı özündən çıxarıb. O bildirib ki, verilişdə hər hansısa məhşurun şəxsi həyatından söhbət gedə bilər, amma bu, aparıcının özü olmamalı idi: Dominos pizza

“Niyə mənim özüm haqqında nəyisə efirə verəsiniz? Biz dünən hətta bu haqda danışdıq. Mənim qətiyyən heç bir şeyə kompleksim yoxdur. Bunu bütün izləyicilər də bilirlər. Bizə məhşurların şəxsi həyatı maraqlıdır. Amma bu o demək deyil ki, sosial şəbəkəyə kimsə nə isə göndərsin və onu efirə verəsiniz. Özüm o qədər deyirəm ki, axırda mənim özümü də çəkirlər. Çəksinlər. Mən şəhərdə normal gəzən bir insanam. Amma məni öz heyətim belə işləyib efirə verməməli idi. Başa düşürəm, "İnstagram"a göndərirlər. Göndərsinlər. Amma ən azından mənim bütün gedişatdan xəbərim olur. Dünəndən bilirəm ki, burada nə isə baş verir. Mənim özümü çəkib göstərmək lazım deyildi. Şəxsi həyatım qətiyyən efirimdə verilməməli idi”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!