Aparıcı Zümrüd Bədəlova biznes qurmaq istədiyini bildirib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Xəbər-ətər” proqramında danışıb.
“Çox böyük arzum var. Öz biznesim olsun. Keks mağazası açmaq istəyirəm. Bu barədə çox böyük planım var. Əslində, reklamı üstündədir (gülür). Özümə şərik axtarıram, tapandan sonra həyata keçirəcəyəm. Ticarətdən gözəl nə var ki?! O qədər zarafatcıl insanlarıq ki, hər şeyi yozuruq. Mən o zarafatın içində özümə bir ciddi yol tapdım”. pizza hut
Qeyd edək ki, bir müddət öncə müğənni Elvin Babazadə “Gül kimi şou” proqramında Zümrüd Bədəlovanın yaxşı keks bişirdiyinə işarə verərək, “Siz Zümrüdün keksindən yemisiniz?” sözlərini demiş, onun bu ifadəsi sosial mediada viral olmuşdu.
Telegram kanalımız