Zümrüdün xəyanətə təpkisi: “Qadınlar cəfakeşdir. Olmasınlar!!!” – Video

saytların hazırlanması

Evə çatdırılma

Zümrüdün xəyanətə təpkisi: “Qadınlar cəfakeşdir. Olmasınlar!!!” – Video

Şou

16 Dekabr 2023 10:49 743


Teleaparıcı Zümrüd Bədəlova xəyanət edən kişilərlə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, verilişində qonaq olan aktrisa Xuraman Əlizadə ilə müzakirə aparıb:

“Xuraman, deyirsən ki, kişilərə yemək bişirməklə qəlbini qazanmaq olur, o qədər qadın tanıyıram ki, ərinə yemək də bişirir, ona gül kimi baxır, amma kişi ləzzətli yeməyi yeyir və kənarda xəyanət edir. Onda niyə mən onun üçün yemək bişirməliyəm?! Niyə də?! Qadınlar cəfakeş, əzabkeşdirlər deyirsən, olmasınlar!” Dördpendirli pizza

Xuraman Əlizadə isə kişilərin xislətinin bu cür olduğunu deyib:

“Qadınlar ailəsinə, uşağına görə dözür, onlar cəfakeşdirlər. Demirəm ki, kişilərin ürəyi yoxdur, əsla. Amma onlar anadan bu cür doğulublar. Qadın nə qədər etiraz etsə, kişi bir o qədər ondan uzaq düşəcək. Ona görə yalandan da olsa, gülümsəmək lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!