“Marneulidə məcburi köçkünlər üçün kənd tipli qəsəbə salınacaq. Həmin qəsəbəyə 32 məcburi köçkün ailəsi yerləşdiriləcək. Qəsəbənin salınmasına bu il start veriləcək və 2021-ci ildə başa çatacaq”.
“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Rusif Məmmədsoy deyib. O bildirib ki, Marneulidə salınacaq qəsəbə Gürcüstan və Almaniya dövlətlərinin arasında bu ilin fevral ayında imzalanmış 10 milyon avro məbləğində qrant müqaviləsi çərçivəsində inşa olunacaq:
“Diqqətimi çəkən məqam məhz həmin məcburi köçkünlərin Marneuli rayonu ərazisində yerləşdirilməsidir. Niyə məhz bu rayon? Başqa ərazi yox idimi? Düşünürəm ki, xanım Zurabaşvilinin siyasəti azərbaycanlıların yaşadığı ərazilərdə onların sayının azaldılmasına və bu bölgələrdə gürcü dilinin üstünlüyünü bərqərar etməkdən ibarətdir. Onun Marneulidə bayram münasibətilə gəlişində işlətdiyi ifadələr bunu deməyə əsas verir. O demişdi ki, " Hələ bağça yaşlarından uşaqlar gürcü dilinə yiyələnməlidir. Bu məcburiyyət deyil, lakin valideynlər özləri də belə istəyir ". Bütün bunları nəzərə alaraq düşünürəm ki, bu məsələnin ciddiyətini qavramalı və həlli istiqamətində addımlar atmalıyıq”. pizza mizza
Politoloq qeyd edib ki, beyin mərkəzləri bu işləri kökündən araşdırmalı, təkliflər irəli sürməlidir: “Bu mənada orada yaşayan soydaşlarımız da təzyiq göstərə bilərlər. Lakin, indi yox bu məcburi köçkünlərin sayı artığı zaman”.
Telegram kanalımız