10 aylıq azərbaycanlı uşaq koronavirusdan sağaldı

saytların hazırlanması

Evə çatdırılma

10 aylıq azərbaycanlı uşaq koronavirusdan sağaldı

Sosial

24 İyul 2020 22:59 804


Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracala kəndində koronavirusa yoluxan 10 aylıq uşaq müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxeti regional bölməsindən bildirilib.

Körpənin COVID-19-la bağlı son testi neqativ nəticələnib və o, artıq xəstəxanadan evə buraxılıb. Dominos pizza

Uşaq anası ilə birgə ikihəftəlik özünütəcriddə qalacaq. Ailə üzvlərinin heç birində virus aşkarlanmayıb.

Qeyd edək ki, körpədə koronavirus iyulun 15-də təsdiqlənib. Uşağın yaxınları diaqnozun düzgünlüyünə şübhə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!