Dünyada koronavirusa yoluxanların sayı bir sutkada 10 min nəfərə qədər artıb.
Yenisabah.az xəbər verir ki, ABŞ-da pandemik virusa yoluxanların sayı artıq 3500 nəfərdir. 65 nəfər isə dünyasını dəyişib. Beynəlxalq media yazır ki, ABŞ-ın Milli Səhiyyə İnstitutu ekpremental vaksinləri sınaqdan keçirməyə hazırlaşır.
Çində isə koronavirusa yoluxanların 84 faizi sağalıb. “The Guardian”nın məlumatına görə, hələ də xəstəxanalarda 10 min nəfər koronavirusa yoluxan var. Amma 80 min 860 nəfər yoluxandan artıq 67 min 749 nəfəri evə buraxılıb. Marqarita pizza
Koronavirus təhlükəsi Böyük Britaniyanın kraliçası II Yelizavetanı da təlaşa salıb. Bu səbəbdən 94 yaşlı kraliça Vindsor qəsrinə təxliyyə edilib.
Britanıya kəşfiyyatının məşhur xəfiyyəsi Ceyms Bond barədə çəkilən filmdə onun sevgilisi rolunu oynayan aktrisa Olqa Kerilenko da koronavirusa yoluxanlar sırasındadır.
Rusiyada isə sutka ərzində 4 yeni yoluxma halı qeydə alınıb. Yoluxanların hamısı İtaliya, Fransa, İspaniya və İsveçrədən gəlib. Hazırda Rusiyada koronavirusa yoluxanların sayı ümumi 65 nəfərdir.
Azərbaycanda isə bu günə qədər 27 nəfərdə yoluxma halı qeydə alınıb.
Telegram kanalımız