10 yaşlı oğlunu boğub öldürən anadan qandonduran sözlər: “Cənnətə gedəcəyi üçün etdim”

saytların hazırlanması

Evə çatdırılma

10 yaşlı oğlunu boğub öldürən anadan qandonduran sözlər: “Cənnətə gedəcəyi üçün etdim”

Kriminal

24 Yanvar 2020 10:46 1317


Türkiyənin Ankara şəhərində ana öz doğma oğlunu boğaraq öldürüb.

“Yeni Sabah” "Sondakika.com"a istinadən bildirir ki, 10 yaşlı oğlunu çömçə qulaq olduğu üçün otoplastika etdirən Nurlan S. əməliyyatdan bir neçə gün sonra onu dəhşətli şəkildə qətlə yetirib. Xəstəxananın kamerasının qeydə aldığı görüntülərə görə, qadın oğlunu tualetdə boğub.

Nurhan S. adlı qatil ananın məhkəmədə dedikləri hamının qanını doldurub.  Dördpendirli pizza

“Mən oğlumu çox sevirdim. Xəstəxanada olan zaman “ana, çox əzab çəkirəm, gəl birlikdə dua oxuyub ölək”, - deyirdi. Mən öləndə cənnətə gedəcəyi üçün etdim, peşmanam”, - deyə qatil ana məhkəmədə deyib.  

Qadının vəkili isə onun uzun müddət ruhi xəstəxanada yatdığını və psixoloji dəstək aldığını deyib. Lakin məhkəmə qəsddən adam öldürmə maddəsi ilə anaya ömürlük həbs cəzası verib.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!