“100 il qabaq Azərbaycan qadınına seçki hüququ verilmişdi, indi heç kişilərin də hüququ yoxdur” 

saytların hazırlanması

Evə çatdırılma

“100 il qabaq Azərbaycan qadınına seçki hüququ verilmişdi, indi heç kişilərin də hüququ yoxdur” 

Siyasət

30 May 2019 06:56 1262


“30 ildir ərazilərimiz işğaldan azad edilməyib. Xalq Cümhuriyyətinin liderləri bizə baxıb necə fərəhlənsinlər, yaxud, nəyə baxıb fəxr etsinlər?”

“Yeni Sabah” xəbər verir ki, bunu versus.az-a ADP sədri Sərdar Cəlaloğlu 101 illiyi qeyd olunan Cumhuriyyət banilərinin bugünkü Azərbaycanla nə dərəcədə fərəhlənmələri ilə bağlı açıqlamasında bildirb.

S.Cəlaloğlu bildirib ki, Azərbaycanda ilk dəfə olaraq yaranan müstəqil Cümhuriyyət oturuşmuş siyasi hakimiyyətə malik deyildi və cəmi 2 il mövcud olması da gözlənilən idi. pizza mizza

Amma qısa ömürlü olmasına baxmayaraq, Cumhuriyyət bir çox neqativ halların aradan qaldırılmasına nail ola bilmişdi. “O zaman seçkilər yox idi, daxildə 8 dəfə baş nazir dəyişilmişdi və hər tərəfdən Azərbaycana hücumlar var idi. Ölkə daxilində 7-8 dövlət yaranmışdı. Azərbaycan parçalanmış bir vəziyyətdə idi. Cumhuriyyət baniləri bu durumu qısa vaxt ərzində aradan qaldıra bildilər”.

Partiya sədri bildirib ki, bu gün həmin tarixi yaradan insanların bugünkü Azərbaycana baxıb fəxr duyduqlarını düşünürlər yanılırlar.

"Demokratik Cumhuriyyətin dövründə, Qarabağ Andranikin qoşunları tərəfindən işğal olunanda milli ordu həmin əraziləri iki gün ərzində ermənilərdən azad elədilər. Amma sən 30 ildir Qarabağı azad edə bilmirsən, hansı nailiyyətdən danışa bilirsən. Cümhuriyyəti quranlar isə atın belində gedib, təpədən dırnağa qədər silahlanmış ermənini Qarabağdan qovmuşdu?”

S.Cəlaloğlu müqayisələr aparmaqla AXC hakimiyyətində iqtisadi siyasətin daha uğurla başladıldığını deyib.

"19-cu əsirdə Bakı dünyanın ən sanayeləşmiş mərkəzlərindən bir idi. Dünyanın ən nüfuzlu milyarderləri - Rokvelli, Reyqan, Morqan, Nobel, Simes qardaşları Azərbaycana investisiya qoymuşdular. Bu gün isə dələduzlardan başqa Azərbaycana investisiya qoyan yoxdur. Amma həmin dövürdə Azərbaycan Yaxın Şərqə, eləcə də dünyaya demokratiya dərsi verirdi. 100 il qabaq Azərbaycan qadınına seçki hüququ verilmişdi, bu gün isə seçkilər saxtalaşdırılır, nəinki qadının, heç kişilərin də hüququ yoxdur. Əhalisinin 60 faizi ölkəni tərk edən ölkədə nədən danışmaq olar. Amma demokratik cümhuriyyətin vaxtında dünyanın müxtəlif yerlərindən insanlar bura axışıb gəlirdilər. Bu günü görən Cumhuriyyət qurucuları nəynən fəxr etməlidirlər?"

S.Cəlaloğlu hesab edir ki, Azərbaycanın tarixi yetərincə öyrənilib təbliğ edilmir. Azərbaycanın mədəniyyəti iflas vəziyyətindədir.

"Televiziyalarda "zaurların" hazırladığı əxlaqsız verilişlərlə camaatın başını xarab edirlər. Cammat öz pulu ilə Opera binası tikmişdi və dünyanın ən məhşur opera sənətkarlarını Bakıya gətirirdilər. Sən isə yüngün əyləncə təmsilçilərini ölkəyə gətirib, adını da qoyursan, festival. Bu gün Ərdoğan Taksimdə opera binası tikdirir, Azərbaycanda isə opera bunası 19-cu əsrdə tikilib", - deyə S.Cəlaloğlu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!