Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, fransız sahibkar “Lancome”, “Yves Saint Laurent”, “Biotherm”, “Garnier” və s. onlarla məşhur brendin daxil olduğu “L'Oréal” imperiyasının varisidir.
Məlumata görə, ötən gün onun sərvəti 100,2 milyard dollara yüksəlib. Bu, onun babasının qurduğu “L'Oréal” şirkətinin səhmlərinin rekord həddə bahalaşması sayəsində mümkün olub. Dominos pizza
Sərvətinin 100,2 milyard dolları keçməsinə baxmayaraq Meyers dünyanın ən zəngin insanları arasında 12-ci yerdədir.
Telegram kanalımız