107 yaşlı qadın koronavirusa qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

107 yaşlı qadın koronavirusa qalib gəldi

Rəsmi

18 Aprel 2020 19:38 885


Türkiyə vətəndaşı 107 yaşlı Həvaxan Karadeniz dünyada koronavirus qalib ən yaşlı qadınlardan biri olub.

Yenisabah.az xəbər verir ki, güclü öskürək və yüksək temperaturdan şikayət edən qadın aprelin 7-də İstanbul Elmi-Tədqiqat Klinikasına yerləşdirilib. Onun koronavirus testi müsbət olub.

Karadeniz bir həftə sonra xəstəxanadan buraxılıb. Xəstəxananın tibb personalı Karadenizin qısa müddət ərzində təhlükəli xəstəliyə qalib gələ bilməsindən təəccüblənib. Həkimlərin fikrincə, qadına güclü immun sistemi kömək edib. pizza mizza

İndi o evində 14 günlük karantindədir.

Karadenizin dörd övladı, on bir nəvəsi və on beş nəticəsi var. Onun nəvələrindən biri tezliklə baba olacaq. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!