11 yaşlı uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra çıxarıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

11 yaşlı uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra çıxarıldı - Fotolar

Hadisə

13 May 2025 20:00 363


Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən, 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyata götürülüb və pəncə nahiyəsindəki yad cisim - iynə parçası təhlükəsiz şəkildə xaric edilib: Pepperoni pizza

"Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər, xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər. Belə hallarda dərhal həkimə müraciət edilməlidir", - deyə o bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!